BİZNES

03 Sentyabr

Klarna ABŞ-da 1,27 milyard dollarlıq IPO planlayır

Finss.az xəbər verir ki, İsveçin fintech startapı Klarna ABŞ-da ilkin kütləvi təklif (IPO) keçirmək planına qayıdıb və 1,27 milyard dollara qədər vəsait cəlb etməyi hədəfləyir.

Tənzimləyiciyə təqdim edilən sənədlərə görə, şirkət 34,3 milyon səhm 35-37 dollar qiymətində yerləşdirəcək. Əlavə olaraq, Klarna 5,6 milyon, digər səhmdarlar isə 28,8 milyon səhm satacaq.

IPO-nun aparıcı anderrayterləri Goldman Sachs, J.P. Morgan və Morgan Stanleydir. Səhmlər NYSE-də KLAR tikeri altında ticarətə çıxacaq və yerləşdirmə yuxarı qiymət həddində keçərsə, Klarna-nın bazar dəyəri təxminən 14 milyard dollar olacaq.